Bakı şəhərində İSESCO İcraiyyə Şurasının iclası keçirilir.
İclas “Quran” ayəsinin oxunması ilə başlayıb.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İSESCO İcraiyyə Şurasının sədri Boubakar Doukore və İSESCO-nun baş direktoru Əbdüləziz Osman iştirak edir.
İSESCO-nun İcraiyyə Şurası Asiya, Afrika və ərəb dünyasını əhatə edən 52 üzv dövlətin nümayəndələrindən ibarət olmaqla, ildə bir dəfə toplantı
Noyabrın 26-27-də isə Bakıda İSESCO-nun XII Baş Konfransı keçiriləcək.
Qeyd edək ki, Azərbaycan 1991-ci ildən İSESCO-nun üzvüdür.
www.yenicag.az