Bakıda işıq dirəyinə çırpılan avtomobil yandı

Bakı şəhəri, Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.