Bakıda işıqlar nə vaxt yanacaq?

Bakının Bayıl qəsəbəsində hazırda paylayıcı şəbəkə tərəfindən elektrik enerjisi təmin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, digər ərazilərdə də “Azərişıq” hazır vəziyyətdə sistemdə elektrik enerjisinin təminatını gözləyir.