Bakıda istixana ərazisində yanğın oldu

Bakı şəhərinin Sabunçu rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda istixana (hazırda fəaliyyət göstərmir) ərazisində 0,2 ha sahədə quru ot, ümumi sahəsi 200 m² olan 2 ədəd istixananın üzərinə və dam örtüyünə çəkilən şüşə-pambıq üzlük 120 m² sahədə yanıb. İstixananın qalan hissəsi və digər istixanalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.