Bakıda itkin düşən 12 yaşlı qızdan xəbər var

Bakıda itkin düşən 12 yaşlı qız tapılıb.

Yenicag.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12 Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən 2008-ci ildə anadan olmuş Miroşniçenko Sima Qriqoriyevna sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.