Bakıda itkin düşən 16 yaşlı qızdan xəbər var

Bakıda itkin düşən qız tapılıb.

Yenicag.az-ın məlumatına görə, fevralın 5-də saat 15:30 radələrində Xəzər rayon sakini, 2004-cü il təvəllüdlü Zeynəb Quliyeva evdən çıxıb, bir daha geri qayıtmayıb.

Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi axtarış nəticəsində Z. Quliyeva fevralın 7-də tapılaraq ailəsinə təhvil verilib.