Bakıda itkin düşmüş 2 şəxs tapıldı – TƏFƏRRÜAT

Bakıda üç ay əvvəl itkin düşən kişi tapılıb.

Yenicag.az-ın xəbərinə görə, iyulun 13-də İ.Qələmov adlı şəxs paytaxtın Qaradağ rayonunda yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov tapılıb.

Bununla yanaşı, Bakıda bir ay əvvəl itkin düşmüş 21 yaşlı qadın da tapılıb.

Hadisə sentyabrın 16-da paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Ə.Muradova Mayakovski küçəsinndə yaşadığı ünvandan səhər saatlarında çıxmış və bir daha geri qayıtmamışdı.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Muradova da tapılaraq ailəsinə təhvil verilib.

Hər iki faktla bağlı araşdırma aparılır.