Bakıda itkin düşmüş 71 yaşlı qadın tapıldı

Bakıda itkin düşmüş 71 yaşlı qadın tapılıb.

Yenicag.az-ın xəbərinə görə, hadisə noyabrın 3-də paytaxtın Suraxanı rayonunun T.Allahverdiyev küçəsində baş verib.

Belə ki, 1948-ci il təvəllüdlü S.İsmayılova həmin gün saat 9 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Surxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.İsmayılova tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.