Bakıda itkin düşmüş 58 yaşlı kişi tapılıb.
Yenicag.az-ın xəbərinə görə, paytaxtın Xətai rayonu, Telnov küçəsində yaşayan 1961-ci il təvəllüdlü N.Eyvazov oktyabrın 5-də gecə saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun yaxınları Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət edib.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən N.Eyvazov tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.