Bakıda “Jeep” kül oldu

Bakı şəhərinin Nərimanov rayonunda “Jeep” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.