Mayın 28-də saat 11 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurub.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.