Jurnalist Fərəməz Novruzoğlu bıçaqlanıb.
Bu barədə məlumat jurnalist Əvəz Zeynallı tərəfindən facebook səhifəsində yayılıb.
Əvəz Zeynallının məlumatına görə dünən gecə saat 02:00 radələrində Fərəməz Novruzoğlu tanımadığı bir gəncin bıçaqlı hücumuna məruz qalıb. Məlumatda şəxsin niyyətinin Fərəməz Novruzoğlunu öldürmək olduğu bildirilir.
Hücumda xəsarət alan jurnalist xəstəxanaya yerləşdirilib.