!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda jurnalistikaya dair kitabın təqdimatı olub - FOTOLAR  

!Reklam – Yazi

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri; Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri; Beynəlxalq jurnalist hərəkatı” dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə BDU-nun professor-müəllim heyəti, mətbuat orqanlarının rəhbərləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, dərs vəsaitində həm dünya, həm yerli xəbər agentlikləri, həm də bu informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyəti və müasir dövründən bəhs edilir: “Kitab 3 hissədən ibarətdir. İlk bölmədə dünyanın xəbər axınını təmin edən əsas informasiya agentlikləri ətraflı şəkildə araşdırılır.

İkinci bölmədə Azərbaycanın ilk xəbər agentliyi olan “Azərtac”dan başlayaraq çağdaş dövrün bütün agentlikləri – “Turan”, “Trend”, “Olaylar”, “Gündəlik Teleqraf” MMC, “SalamNews” “Report”, “Modern.az” və digər xəbər portalları, üçüncü bölmədə isə beynəlxalq jurnalist təşkilatları tədqiqata cəlb olunur”.

Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli universitetlərin, jurnalistika fakültələrinin tələbələri, müəllimlər, peşəkar jurnalistlər, media sahəsi üzrə araşdırma aparan mütəxəssislər üçün nəzərdə tutulan dərs vəsaitinin əhəmiyyətindən danışıb.

Tədbirdə media qrumlarının rəhbərləri də çıxış edib.

Qeyd edək ki, kitabın müəllifləri Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, kafedranın müəllimləri Pərvanə İbrahimova və Vəfa İsgəndərovadır.

Yenicag.az

www.yenicag.az

1026
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv