Bakıda kafe yandı

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-amata verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli tikilinin (birinci mərtəbəsi mağaza, ikinci mərtəbəsi uşaq bağçası kimi fəaliyyət göstərir) zirzəmisində ümumi sahəsi 80 m² olan kafenin yanar konstruksiyaları 45 m² sahədə, içərisində 5 ədəd televizor və 1 ədəd soyuducu yanıb.

Kafenin qalan hissəsi və tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.