Bakının Nərimanov rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.
Yanğın ötən axşam Koroğlu Rəhimov küçəsində yeni açılmış “Xanım əllər” kafesində baş verib.
Hadisə yerinə dərhal yanğınsöndürənlər və 4 yanğınsöndürən maşın cəlb olunub.
Kafenin bir otağı yanıb, yanğının yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.