Bakıda kafedə qətl törədən iki nəfər saxlanıldı

Bakıda kafedə qətl törədən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avqustun 10-da Biləcəri qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinin həyətində naməlum şəxs Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb. C.Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Elçin Nəcəfov və Babək rayon sakini, əvvəllər məhkum olunmuş Xaliq Mustafayev saxlanılıblar.