Bakıda kafedə zəhərlənmə – Spirtli içkidən daha bir nəfər xəstəxanalıq oldu

Bakıda orta yaşlı kişi spirtli içkidən zəhərlənib.

Yenicag.az-ın məlumatına görə, hadisə yanvarın 24-i saat 19 radələrində, paytaxtın Xətai rayonu Qaçaq Nəbi küçəsindəki kafedə qeydə alınıb.

Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Şahmalı Əzimov həmin ərazidə fəaliyyət göstərən “Beer Point” kafesində 1 litr “Tradisii Belarusii” markalı spirtli içki içib. O, spirtli içkidən zəhərlənmə ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Ş.Əzimovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.

COP29