Bakıda keçiriləcək daha bir beynəlxalq idman yarışı ləğv olunub.
Yenicag.az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası 4-7 mart tarixlərində keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunun ləğv olunduğunu açıqlayıb.
Ləğvə səbəb Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 1-dək qapalı zallarda idman yarışlarının təşkilinə qoyduğu qadağadır. Qeyd edək ki, daha əvvəl batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun (13-14 fevral) və karate üzrə Premyer Liqa yarışının (12-14 mart) ləğv olunduğu açıqlanmışdı.