Bakıda keçiriləcək Formula 1-in adı dəyişdirilir? – Açıqlama

 

formula111Bakıda təşkil olunan Formula 1 üzrə Avropa Qran Prisi 2017-ci ildən Azərbaycan Qran Prisi adlandırılacaq.

Məlumata görə, bu barədə Beynəlxalq Avtomobil İdmanı Federasiyasının təqvimində bildirilir. Həmin təqvimə əsasən, Azərbaycan Qran Prisi gələn il iyunun 18-də keçiriləcək.

Məsələ ilə bağlı Bakı Şəhər Halqası (BŞH) əməliyyat şirkətinin kommunikasiya üzrə meneceri Gülnaz Quliyeva AzNews.az-a açıqlama verib. Bildirib ki, adın dəyişdirilməsiylə bağlı müraciət olunub: “Biz adın dəyişdirilməsi üçün müraciət etmişik, amma hələ ki təsdiqlənməyib. Buna görə də biz hələ rəsmi olaraq elan etməmişik. Bu təstiqlənəndən sonra elan edəcəyik. Həmin təqvimdə ad göstərilmir, yarışın keçiriləcəyi ölkə göstərilir. Dekabrda gələn ilin təqvimi elan olunan zaman adla bağlı dəqiq qərar bilinəcək”.