!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda keçmiş məhkum avtomatla saxlanıldı – FOTO

!Reklam – Yazi

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə rayon ərazisində Elşən adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub.

Yenicag.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Həmidov saxlanılıb.

Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofan torbanın içərisindən AKM markalı avtomat, 20 ədəd patron və bir ədəd patron darağı aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı bir neçə ay əvvəl Balaxanı qəsəbəsində tapdığını, həmin vaxtdan bəri hüquq-mühafizə orqanlarına təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bölmədə toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

www.yenicag.az

3533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv