Bakıda keçmiş məhkum özünü asdı

Bakıda intihar hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsi, 852 saylı bağ evində qeydə alınıb. Orada yaşayan, əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Samir Akif oğlu Hacıyev evin zirzəmisində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla ağlı cinayət işi başlanıb, istintaq gedir.

Yeniçağ.az