Bakıda keçmiş məhkum qətl törədib

1-43Azərbaycan paytaxtında qətl törədilib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 19-da Türkan qəsəbəsində, qəsəbə sakinləri – əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Əli Məmmədov 1976-cı il təvəllüdlü İlham Muradova bıçaq xəsarəti yetirib və o, 3 saylı xəstəxanada ölüb.

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Əli Məmmədov Xaşaxuna qəsəbəsi ərazisində tutulub(APA).