Bakıda kəskin qoxu yayıldı

Bakı şəhəri ərazisində kəskin qoxu yayılıb.

Yenicag.az xəbər verir ki, qoxu əsasən Xətai, Yasamal, Səbail və Nizami rayonlarında hiss edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən iyin mənbəyi araşdırılır.

Qeyd edək ki, qoxu günorta saatlarından hiss edilib.