Bakıda “Kia” maneəyə çırpılıb alışdı

Bakı şəhərinin Sabunçu rayonunda “Kia” markalı minik avtomobili maneəyə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.