Bakıda kişi ailəsini qumbara ilə partlatmaq istədi

Bakıda ailəsini qumbara ilə öldürmək istəyən kişi tutulub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 15-də saat 23.20-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan “UZRQM-2” markalı qumbara götürülüb.

Araşdırma aparılır.