Bakıda kişi məktəbin həyətində ÖZÜNÜ YANDIRDI

Bakı şəhərində 27 yaşlı kişi intihar edib.

Yenicag.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü M.S. 293 saylı orta məktəbin həyətinə gəlib və orada özünü yandıraraq intihar edib.

Onun ruhi-əsəb dispanserində qeydiyyatda olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /oxu.az/