Bakıda kişi meyiti tapıldı

Meyit morqda 050312Bakıda kişi meyiti aşkar edilib.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün rayon ərazisində üzərində bir güllə yarası olan, şəxsiyyəti hələlik məlum olmayan kişi meyiti tapılıb.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparır.