Bakıda mənzildə kişi meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliydən Yenicag.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Vitaliy Suslovun meyitini aidiyyəti üzrə təhvil veriblər.