Bakı şəhərindəki mənzillərdən birində kişi meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Jukov Vitaliy Sergeyeviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər.