Bakıda kişi meyiti tapıldı

Bakıda küçədən meyit tapılıb.

Yenicag.az-ın məlumatına görə, Qaradağ rayonu ərazisində kimliyi bilinməyən kişi cəsədi aşkar edilib. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində meyitin 1961-ci il təvəllüdlü Yusifov Aydın David oğluna məxsus olduğu bilinib.

Meyitin ilkin müayinəsi zamanı A.Yusifovun ürəktutmasından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.