Bakıda kişi meyiti aşkarlanıb.
Yenicag.az xəbər verir ki, fakt Sabunçu rayonunda qeydə alınıb. Gecə saatlarında rayonun Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi 2-ci döngədə 30-35 yaşlı kişinin meyiti tapılıb. Hüquq-mühafizə orqanları əməkdaşları meyitə baxış keçirib, üzərində zorakıllıq əlamətləri aşkar olunmayıb.
Meyit şəxsiyyətin müəyyənləşdirilməsi və daxili müayinə olunması üçün Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.