Bakıda kişi özünü binadan atdı

Bakıda intihar hadisəsi olub.

Yenicag.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində qeydə alınıb. 52 yaşlı Tərlan Davud oğlu Mustafayev binanın 8-ci mərtəbəsindən özünü ataraq həyatına son qoyub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır./Lent.az