Bakıda kişi yaşadığı evdə qətlə yetirildi
Bakıda kişi yaşadığı mənzildə qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin16-cı Polis Bölməsinə sentyabrın 24-də Tahir Tağıyevin qətlə yetirilmiş meyitinin yaşadığı mənzildə tapılması barədə daxil olan məlumatla əlaqdar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.