Paytaxtımızda gündən-günə ucalan çoxmərtəbəli, modern binalarla yanaşı, qəzalı vəziyyətdə olan tikililər də az deyil.
Yenicag.az Baku TV-yə istinadən xəbər verir ki, NZS qəsəbəsində yerləşən, təxminən bir əsrə qədər yaşı olan, uçub-tökülən bina barəsində heç bir aidiyyəti qurum müvafiq tədbir görmür.
Xətai Rayon İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, binanın qəzalı olmasından məlumatları var və bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.