Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Köhnə Hamam” deyilən tikilinin içində kişi meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, araşdırmalar zamanı meyitin Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonova məxsus olduğu müəyyən edilib. Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib.