!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda kondisionerli avtobusların sayı açıqlandı

!Reklam – Yazi

Bakıda sərnişindaşımada 400-dən artıq kondisionerli avtobus fəaliyyət göstərir.

Yenicag.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, hazırda avtobus bazasının yenilənməsi üçün zəruri addımlar atılır: “Hazırda şəhərdaxili marşrutlarda ümumilikdə 2100 avtobus fəaliyyət göstərir. Həmin avtobusların da yenilənməsi ilə bağlı tədbirlər davam etdirilir”.

Bakıda sərnişin nəqliyyatında fəaliyyət göstərən “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Qabil Babayev Trend-ə açıqlamasında bildirib ki, hazırda təmsil etdiyi quruma məxsus 13 marşrut xətti sərnişinlərə xidmət edir: “Həmin marşrutlar 1, 2, 3 5, 6, 8, 13, 14, 17, 21, 125 və 75 saylı marşrut xətləridir. Həmin marşrut xətlərində fəaliyyət göstərən avtobuslar hamısı kondisionerlidir”.

Q.Babayev deyib ki, MMC-nin “Hava Limanı Ekspress” marşrutundakı avtobuslar da tam müasir standartlara cavab verir./Trend/

www.yenicag.az

1453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv