Bakıda koronavirusdan evdə müalicə olunanların SAYI

Bakı üzrə ambulator şəraitdə 10 202 koronavirusdan müalicə olunan var.

Yenicag.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov bildirib.

N.Zeynalov qeyd edib ki, bunlar simptomsuz, az simptomlu şəxslərdir:

“Bunların arasında uşaqlar da var, yaşlılar da. Həmin şəxslər mütəmadi nəzarətdə saxlanılır. Regionlarda evdə izolyasiya tədbirlərinə hələ ki, ehtiyac yoxdur”.