Bakıda körpə ana südündən boğularaq öldü 

Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb.

Yenicag.az xəbər verir ki, hadisə yanvarın 13-də paytaxt ərazisində yerləşən 1 saylı Uşaq Reabilitasiya Mərkəzində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini, 2022-ci il təvəllüdlü M.Leylimov ana südü qəbul edərkən asfiksiyadan (boğulma) keçinib.

Faktla bağlı araşdırma aparılır.