Bakıda körpünün üzərində çökmə əmələ gəldi

Bakıda körpünün üzərində yaranmış çökmə tıxaca səbəb olub.

Bu barədə Yenicag.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

“Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb. Sürücülərdən nəzərə almaları xahiş edilir”, – Mərkəz diqqətə çatdırıb.