Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda kriminal avtoritetin qətlində təqsirləndirilən şəxs AZADLIQDA

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Binəqədi rayonunda “Emin 444” kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş Həsən Tağıyev və Zaur Yusifovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenicag.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Zaur Yusifovun qətldə iştirakı sübuta yetirilmədiyi üçün bəraət verilib və o, məhkəmə zalaından azadlığa buraxılıb.

Digər təqsirləndirilən Həsən Tağıyev isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsinin baş verməsinə “Emin 444”lə Həsən Tağıyev arasında bir neçə ay davam edən ədavət səbəb olub.

Məlumata görə, “Emin 444” həbsdən çıxdıqdan sonra yolda Həsəni görüb və onu yanına çağırıb. Emin bu zaman Həsənə “ayə” deyərək müraciət edib. Həsən isə buna etiraz edib və Eminin yanına getməyib. Emin isə bunu hörmətsizlik kimi qəbul edib və buna görə Həsəni cəzalandıracağını deyib. Bu məsələyə isə dəfələrlə Zaur Yusifov müdaxilə edərək tərəfləri barışdırmağa çalışıb. Sonuncu belə görüşlərdən birində isə Emin Zaura deyib ki, kimsə onu tutdurmaq istəyir və polisə şikayət edib. Bu söhbət zamanı Həsən də orada olub. Həsən bu söhbəti özünə eyham vurluması kimi başa düşüb.

2019-cu il, mayın 9-da Həsən Zaur Yusifovun yaşadığı evə gedib. Bu zaman Emin Səfərovun maşınını görüb. Emin Səfərovun Zaur Yusifovun atası Əli Yusifovla avtomobilin içərisində söhbət etməsini görüb.

Zaur Yusifov cinayətkar niyyəti həyata keçirmək üçün üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb. O, avtomobilin sol ön qapısının açıq pəncərəsindən əli ilə Emin Səfərovun köynəyinin yaxasından tutub sıxıb, daha sonra sonuncunun bədəninə bıçaqla bir neçə zərbə vurub.

Həmin vaxt Həsən də bıçaqla Emin Səfərovun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub. Emin avtomobilin salonunda hərəkət edərək ön sağ oturacağa keçməyə cəhd edərkən avtomobilin sürətlər qutusunun pilləsi dəyişdiyindən avtomobil geri istiqamətdə hərəkət edərək səkiyə qalxıb.

Emin Səfərov avtomobilin sağ ön qapısından çıxmaq istəyib.

Bu zaman Həsən Zaur Yusifovla birlikdə avtomobilin ön hissəsindən keçib sağ ön qapıya yaxınlaşıb dayanaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizliklə, işgəncə və xüsusi ağrılar verməklə yenə də Emin Səfərova əvvəl avtomobilin içərisində, sonra avtomobilin içərisindən çıxarmaqla küçədə bıçaqla zərbələri vurub.

Müayinə zamanı məlum olub ki, “Emin 444”ə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən 23, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vuran 44, ürəyin, hər iki ağciyərin, qaraciyərin və nazik bağırsağın yaralanması ilə müşayiət olunan 11 ağır bıçaq zərbəsi vurulub.

www.yenicag.az

132
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100