Bakıda orta yaşlı kişi bıçaqlanıb.
Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Qəbələ rayon sakini, 1986-cı il təvəllüdlü Tərlan Abdulhüseynov küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı kəsilmiş-deşilmiş xəsarətlərlə “AzərSuTikinti” xəstəxanasına gəlib.
Xəstəxanada yaralı xəsarətlərin ağırlığından komatoz vəziyyətə düşüb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.