Bakıda küçədə bir aylıq körpə tapılıb

usaqBakıda binanın qarşısında bir aylıq körpə tapılıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb.

Belə ki, həmin ərazidə bir aylıq körpə oğlan uşağı tapılıb. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az