Bakıda küçədən kişi meyiti tapıldı

Bakının Nizami rayonu ərazisində küçədən meyit tapılıb.

Yenicag.az-ın məlumatına görə, təxminən 45-50 yaşlarında olan şəxsin meyitinin ilkin müayinəsi zamanı onda beyinə qan sızması və müxtəlif bədən xəsarətləri aşkar edilib.

Onun ölüm səbəbi və şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.