Bakıda küçədən körpə tapıldı – Vəziyyəti ağırdır

Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış birgünlük oğlan uşağının vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, uşaq hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib:

“Uşağın vəziyyəti ağır olub. Onun qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

***

Bakıda küçədən yeni doğulmuş uşaq aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, yeni doğulmuş uşağı küçədə Lökbatan qəsəbə sakini aşkar edib və sağ olduğundan polisə məlumat verib.

İlkin araşdırma zamanı uşağın vaxtından əvvəl doğulduğu məlum olub və uşaq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır. Hələlik uşağın kim tərəfindən küçəyə atıldığı məlum deyil.

COP29