Bakının mərkəzində, Dilarə Əliyeva küçəsi, ev 190 ünvanında üzərində zorakılıq əlamətləri aşkar edilməyən kişi meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, Tezliklə Nəsimi rayonu 22-ci polis bölməsinin əməkdaşları tərəfindən kişinin şəxsiyyəti müəyyən edilib. Bu, 1983-cü il təvəllüdlü İnaid Kərimov olub.
Hazırda rayon prokurorluğu ölümün səbəblərini və hadisənin hansı şəraitdə baş verdiyini aydınlaşdırmağa çalışır.