Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.
Bu barədə Yenicag.az-a Xətai Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib.
Məlumata görə, “Abidə” küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.
Xətai rayonu ərazisində 3 küçəyə Vətən müharibəsi şəhidləri Rəcəb Məmmədov, Kəmaləddin Məmmədzadə və Səbuhi Əhmədovun adı verilib.
Ümumilikdə rayon ərazisində 17 küçənin adı dəyişdirilib.