Bakıda külək ağacı aşırdı – Dəmir yolu bağlandı

Güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmisi Fərqanə Səfər məlumat verib.

Onun sözlərinə görə, hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.