Ölkə ərazisində yanvarın 9-u axşam saatlarından başlayaraq havə şəraiti dəyişib, şimal-qərb küləyi bəzi yerlərdə güclənib.
Bu barədə Yenicag.az-a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Yanvarın 10-u saat 00.00-a olan məlumata əsasən, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Şəkidə 18 m/s, Şabranda 16 m/s-dək çatıb.
Zaqatala, Xaçmaz, Ceyrançöl, Qubada yağış, Qaxın dağlıq ərazilərinə qar yağıb.