Bakıda küləyin sürəti gücləndi, rayonlara şimşək çaxdı

İyunun 1-i saat 15:00-a olan məlumata əsasən Şahdağ, Gədəbəy, Göygöl, Daşkəsəndə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, Gədəbəy rayonu Slavyanka kəndinə saat 14:48-14:50 radələrində, Şahdağda isə saat 14:50-15:00 radələrində dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 32, Aran rayonlarında 33, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

COP29