Bakıda küləyin yaratdığı FƏSADLAR – FOTO

Bakıda güclü külək bir sıra fəsadlar törədib.

Yenicag.az xəbər verir ki, Bakının Nəriman Nərimanov rayonu İzzəddin Həsənoğlu-10 ünvanında külək binanın 10-cu mərtəbəsinin eyvanının pəncərəsini uçurub.

Qırılan pəncərə üçüncü mərtəbənin eyvanına düşüb. Nəticədə üçüncü mərtəbədəki mənzilin də eyvanına ziyan dəyib.

Həmçinin, qırıntılar həyətdə dayanan iki maşına da ciddi ziyan vurub./Unikal.org/

 

***

Bakının Xətai rayonunda külək binanın damını uçurub.

Hadisə “Nargilə” kafesinin yaxınlığında baş verib.

Nəticədə avtomobil uçan dam örtüyünün altında qalıb.

Hazırda binanın qarşısına düşən dam örtüyünün ərazidən yığışdırılmasına başlanılıb./Report/